Son xəbərlər

 
 Sentyabrın 30-da Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və şəhərdəki Səməd Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə "Söz-2016" Poeziya bayramı keçirilib. S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova və AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan çıxış edərək“Söz” bayramının 1997-ci ildən bu yana hər il keçirildiyini  və poeziyasevərlər tərəfindən rəğbətlə qarşılandığını bildiriblər. Sonra söz Sumqayıtda yaşayan şairlərə verilib. Qüdrət Muğanlı, Əşrəf Veysəlli, Namiq Dəlidağlı, Məmməd Namaz, Süleyman Hüseynov, Rafiq Oday, Rafail Laçınlı, Xürrəm Qafanlı, Elvin Əlizadə və başqaları yeni şeirlərini oxuyublar.


AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə