Son xəbərlər

 


Sentyabrın 22-də Argentina səfiri Karlos Dante Riva Tərcümə Mərkəzində olub. 

Mərkəzdən 525.az-a verilən məlumata görə, səfir məşhur Argentina uşaq yazıçısı Mariya Elena Uolşun “Cuentopos de Gulubú” (“Qulubunun nağılları”) və “Dailan Kifki” (“Daylan Kifki”) kitablarını, həmçinin Klaudia Pineironun “Una suerte pequeña” (“Kiçik uğur”) əsərini Azərbaycan dilinə tərcümə və nəşr edilməsi üçün Mərkəzin direktoru Afaq Məsuda təqdim edib. 

İki ölkə arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində ədəbiyyatlararası mübadilələrin xüsusi rolunu qeyd edən diplomat adıçəkilən kitabların Azərbaycan oxucusunun marağına səbəb olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, cari ilin may ayında səfirliklə Mərkəzin ilk birgə layihəsi olan Adolfo Bio Kasaresin “Morelin ixtirası” əsəri Azərbaycan dilində işıq üzü görüb.

Cavid QƏDİR

 


Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə