Son xəbərlər

 


Bugünlərdə “Azərbaycan” jurnalının yeni sayı yayımlanıb.

Jurnal Rəşid Faxralının “Bu yol hara aparır?” yazısı ilə açılır. Şair ordumuzun “Lələtəpə” yüksəkliyini əldə etməsindən, ermənilərlə savaşdan, əsgərlərimizin qələbəsindən yazır.

“Poeziya”da Adil Cəmil, İlham Qəhrəman, Kəmaləddin Qədim, Zeynalabdin Novruzoğlu, İslam Sadıq, Əlirza Həsrət, Ramiz Orsər və Şövkət Horovlunun şeirləri yer alıb. 

Nizami Cəfərov “Keçən günlərin tərcümeyi-halı” yazısında xatirələrini nəql edir.

“Nəsr”də Firuz Mustafanın “Payız süvarisi”, Pərviz Seyidlinin “Şokolad paylayan” povesti və Natiq Məmmədlinin “Bakı-Tiflis qatarı” hekayəsi verilib.

“Qərib Mehdinin 80 yaşı” adlı xüsusi rublikada Vaqif Yusifli yubilyar ədib haqda fikirlərini bölüşür.

“Ədəbi talelər”də Günel Natiq Con Steynbekin həyat və yaradıcılığından bəhs edir. “Tənqid və ədəbiyyatşünaslıq”da Nərgiz Cabbarlının “Çağdaş dövrün roman bumu və nəticələri”, Aynurə Mustafayevanın “Dramaturgiya-2015”, Südabə Ağabalayevanın “Söz vaxtı” yazıları dərc olunub.

“Cənubdan səslər” rubrikasında Sakiba Ələkbərova güneyli yazar “Yəhya Şeyda”dan söz açıb.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə