Azərbaycan Yazıçılar Birliyində yeni Komissiyalar yaradıldı

 Azərbaycan Yazıçılar Birliyinin Katibliyi tərəfindən yeni Komissiyaların yaradılması ilə bağlı qərar qəbul edilib. Ədəbiyyatın təbliği və inkişafında əhəmiyyətli rol oynayan Azərbaycan Yazıçılar Birliyinin Komissiyalarının sayı artılıb. Müxtəlif bölglərdə, ilin müxtəlif vaxtlarında Komissiyalar Poeziya günlərinin təşkil edilməsində mühüm rol oynayacaqlar. Yeni yaradılmış Komisiyalar Mikayıl Müşfiq, Vəkilovlar, Xaqani və Füzuli Komissiyalarıdır. Vəkilovlar Komissiyası Azərbaycanın görkəmli imzaları – Səməd Vurğun, Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun adını daşıyacaq. Vəkilovlar Komissiyasının sədri millət vəkili, professor Nizami Cəfərov seçilib. Klassik ədəbiyyatımzın görkəmli nümayəndələri Əfzələddin Xaqaninin adını daşıyan Xaqani Komissiyasına yazıçı Elçin Hüseynbəyli, Məhəmməd Füzulinin adını daşıyan Füzuli Komissiyasına isə millət vəkili, yazıçı Aqil Abbas sədirlik edəcək. Azərbaycan Yazıçılar Birliyi nakam və unudulmaz şairimiz Mikayıl Müşfiqi də unutmayıb. Yeni yaradılan Mikayıl Müşfiq Komissiyasına şair, publisist Xəyal Rza sədr seçilib.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə