“Ulduz” jurnalının mart sayı işıq üzü görüb.Jurnal filologiya üzrə fəlsəfə doktoru Vaqif Yusiflinin “ “Ulduz”sevənlərin fevral düşüncələri” adlı ekspert yazısı ilə açılır. ”Özüylə söhbət...”də Ruslan Dost Əlidir. ”Məqam”da tanınmış yazıçı Seyran Səxavətin – 70 illik yubileyi “Seyrandan Səxavətlə...” yazısında qeyd olunur. “Şeir vaxtı”nda Arzu Hüseynin, Əntiqə Səməndərin şeirləri yer alır. “Tribuna”da Sadıq Elcanlı Elçinin “Baş” romanı haqqında “Köhnə kədər karvanı”nı oxuculara təqdim edir. Nəsr bölməsində Rəşid Bərgüşadlı, Qan Turalı, İradə Aytel, Narıngül, Qalib Şəfahət, Gülxani Pənah və başqalarının hekayələrini oxuyacaqsınız. “Debüt”də Dəniz Pənah, “Türk eli”ndə Semih İpekdi. “Hücrə”də Qəşəm Nəcəfzadə Qabil Ədalətin yaradıcılığından söz açır. “Yaddaş güzgüsündəki keçmiş” də yazıçı-dramaturq Əli Əmirlinin “Ağdamda nəyim qaldı?” avtobioqrafik romanı barədə düşüncələri görəcəksiniz. “Dərgidə kitab”da “Vaxtın rəngi” ilə Anar Amindir. Bunlar hamısı deyil, “Ulduz”un mart sayı maraqlı müəlliflər və yazılarla oxucuların görüşünə gəlib.