![]() |
![]() ![]() |
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin təşəbbüsü ilə xalq yazıçısı Anarın "Dantenin yubileyi" romanı "Böyük qurultay" adı ilə Tehranın "Noxbeqan" nəşriyyatında işıq üzü görüb.
Kitabı əski əlifbaya çevirən Solmaz Təbrizli və çapa hazırlayan Səid Muğanlıdır. Xatırladaq ki, AYB-nin Güney Azərbaycan şöbəsi və Yaşmaq sıra kitablarının birgə fəaliyyəti nəticəsində son iki ildə Güney Azərbaycanda bir çox Quzeyli yazıçıların əsərləri, o cümlədən xalq yazıçısı Anarın "Nəsrin fəzası", Kamal Abdullanın "Sehirbazlar dərəsi", Vaqif Səmədoğlunun "Bu yolların yuxusunu kim görüb", İsa Müğannanın "Doğma və yad adamlar", Afaq Məsudun "Su iti", Şahmar Ələkbərzadənin "Utanım yerinə, ay utanmayan!", Mirəli Seyidovun "Bayram və bayramlıq", İsmayıl Şıxlınım “Ölüləri Qəbristanda basdırın", Əlisəmit Kürün "Sonuncu dua" kitabları işıq üzü görmüşdür. Hal-hazırda Fikrət Qocanın "Dayanacaqda görüş" əsərləri çapa hazırlanır.
AYB.az