![]() |
![]() ![]() |
Bu günlərdə Moskvada Rusiya Yazıçılar Birliyinin təqdimatında «Proza 2015» üçcildliyi işıq üzü görmüşdür.
Ötən il ərzində müxtəlif ədəbi qəzet, jurnal və portallarda dərc olunmuş, habelə kitab və almanaxlara daxil edilmiş diqqətçəkən hekayələrdən ibarət üçcldlikdə Leonid Aronov, Lev Yefremov, Darya Fedorçuk, Olst Peterson, Anna Ekkel, Albert Qrin, Nodar Xatiaşvili, Alfrid İzatulin, Andrey Bajenov kimi yazıçılarla bir sırada həmyerlimiz Varis də təmsil olunur. Redaksiya heyəti almanaxa yazıçımızın «Qu quşu rəqsi» hekayəsini daxil etmişdir.
İnsanın ətraf mühitlə amansız böyük müharibəsi fonunda insan qəlbi ilə insan düşüncəsinin kiçik müharibəsindən bəhs edən «Qu quşu rəqsi» həm də işıqla zülmətin, gözəlliklə eybəcərliyin vəhdətdə yaşamaq məhkumluğundan kənaraçıxmanın acı nəticələrindən söz açır.
Xatırladaq ki, «Qu quşu rəqsi» ölkəmizin oxucularına da yaxşı tanışdır. Hekayə ötən il «525-ci qəzet»də dərc edilərək ədəbi ictimaiyyətin kifayət qədər diqqətini cəlb edə bilmişdi.
AYB.az