Ötən il Türkiyədə çap olunan “Qarabağ hekayələri” antologiyası oxucular tərəfindən böyük maraqla qarşılandı və Ankarada, İstanbulda, Türkiyənin bir çox vilayətlərində, bölgələrində kitabın yaddaqalan təqdimat mərasimləri keçirildi. Qısa zamanda oxucuların diqqətini cəlb edən bu kitab t ikinci dəfə yenidən çapa hazırlanır. Azərbaycan yazıçılarının Qarabağ mövzusunda yazdıqları hekayələri tərtib edib çapa hazırlayan Qarabağ həqiqətlərini dünyaya çatdırmaq yolunda yorulmadan çalışan Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, dəyərli millət vəkili Qənirə Paşayeva və Türkiyənin tanınmış yazarı, Azərbaycan ədəbiyyatının yaxın dostu, Azərbaycan yazıçılarının əsərlərini Türkiyədə tərcümə edib yayan, tanıdan İmdat Avşardır. Kitabda Elçin Əfəndiyev,Sabir Rüstəmxanlı, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu və bir sözlə - 21 nəfər Azərbaycan yazıçısının Qarabağ mövzusunda yazdıqları hekayələr yer alır. Toplumun ikinci nəşrinə yazıçı Təranə Vahidin Qarabağ mövzusunda yazdığı “Tapılmayan torpaq” hekayəsi əlavə olunub. “Qarabağ hekayələri” əslində Qarabağ həqiqətlərini, müharibə ədəbiyyatını əks etidrən ədəbi ensiklopediyadır.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə