Yanvar ayının 7-də, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından “Son reportaj”, “Nostalji”, “Sən kimsən, Səfəvi?” və “Bu gündən dünənə” adlı ilk 4 kitabının təqdimat mərasimi keçiriləcək.
Tədbirin sonunda müəllif oxucuları üçün kitabları imzalayacaq.
Qeyd edək ki, “XAN” nəşriyyatında İlqar Fəhminin 12 cildlik külliyyatından daha 4 kitab “Kinoromanlar” , “Telepyeslər” , “Ssenarilər toplusu” və “Bakı tarixindən kollaj” çapa hazırlanır.