Bir neçə saytda şair Salam Sarvanın Azərbaycan Yazıçılar Birliyindən çıxması ilə bağlı xəbər yayılıb. Xəbərdə bildirilir ki, bu barədə Salam Sarvan öz facebook səhifəsində elan edib. Azərbaycan Yazıçılar Birliyi 80 illik fəaliyyəti olan, çoxsaylı qələm sahiblərini özündə birləşdirən bir könüllü təşkilatdır. Birlik üzv olmaq üçün müraciət edən insanlara da və səbəbindən asılı olmayaraq üzvlükdən ayrılmaq istəyən insanlara da hörmətlə yanaşır. Yayılımış xəbərlərdə qeyd olunub ki,  Salam Sarvan AYB-dən ayrılmağının səbəbini açıqlayarkən heç kəsdən incimədiyini və kimlərəsə acıq etmədiyini bildirib. Bildiririk ki, Yazıçılar Birliyinin də şair Salam Sarvanla heç bir problemi yoxdur və ona gələcək həyatında uğurlar arzulayırıq.


AYB Mətbuat Xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə