Nastola şəhərindən olan Jussi Hertti Azərbaycanda keçirilən “Gəncə Avropa Gənclərinin gözü ilə” adlı beynəlxalq fotoqrafiya layihəsində iştirak edib. 
AYB.az-ın məlumatına görə, layihə bir həftə davam edib və sonda çəkilən şəkillərdən ən yaxşıları seçilərək sərgi keçirilib. Həmin şəkillər Avqust ayında Nastola şəhərinin kitabxanasında sərgilənəcək.

“Gəncə şəhəri 2016 – cı ilin Avropa Gənclər Paytaxtı seçilmişdir. İştirak etdiyim layihə ümumilikdə keçiriləcək 40 – dan çox layihənin ilki idi” - Hertti deyir.

Hertti bildirir ki layihənin məqsədlərindən biri də şəhərin avropalı gənclərin gözündə necə görünməsini öyrənmək idi. Herttiyə görə, Azərbaycana səfər onun üçün əla təcrübə olub və bir çox yeni insanlarla əlaqəlar qurmaqda ona köməklik edib.
AYB.az

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə