İyulun 28-də Kitabevim.az kitab marketində Mətanət Ulu Şirvanlının yeni şeirlər kitabı təqdim edilib.


aybKitab layihəsi çərçivəsində çap olunan kitab “Ağ ayaqqabı” adlanır. Kitab müəllifin sayca yeddinci kitabıdır. Tədbiri giriş sözü ilə açan aybKitab layihəsinin rəhbəri şair, publisist Xəyal Rza tədbir iştirakçılarına aybKitab layihəsi və yeni nəşr edilən “Ağ ayaqqabı” kitabı ilə bağlı ətraflı ılumat verib: “Bu kitab aybKitab layihəsində çap etdiyimiz XVI kitabdır. Biz bu layihədə tanınmış imzalarla yanaşı yeni imzaları, gənc imzaları da çap edirik. Məqsədimiz bəllidir – kitabı təbliğ etmək, müəllifləri tanıtmaq, kitaba olan sevgini artırmaq. Sentyabr ayında bağlayacağımız mühüm əməkdaşlıq müqaviləsindən sonra aybKitab çərçivəsində işıq üzü görən hər bir kitabı ölkənin ən ucqar kəndlərində belə əldə etmək mümkün olacaq. Mətanət Ulu Şirvanlını yeni kitabı münasibətilə təbrik edirəm”. Tədbirdə tanınmış qələm adamları, jurnalistlər və pedaqoqlarla yanaşı türkiyəli qonaq - Avrasiya Sənət və Kültür Dərnəyinin rəhbəri Savaş Ünal da  iştirak edib. Çıxış edənlərdən şair Oqtay Rza, şair Balayar Sadiq, diktor Eldost Bayram, Savaş Ünal aybKitab layihəsinin əhəmiyyətli fəaliyyətindən söz açıblar və müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər. Sonda çıxış edən Mətanət Ulu Şirvanlı ona dəstək verdikləri üçün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara, aybKitab layihəsinin rəhbəri Xəyal Rzaya və tədbirdə iştirak etdikləri üçün bütün qonaqlara öz minnətdarlığını bildirib.  Müəllif oxucuları üçün yeni kitabını imzalayıb.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə