![]() |
![]() ![]() |
May ayının 25-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Fəxrəddin Teyyubun “Kölgəm mənim yol yoldaşım” adlı şeirlər kitabının imza günü keçirilib.
Təbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, şair-publisist Xəyal Rza açaraq qonaqları salamladıqdan sonra Fəxrəddin Teyyubun yaradıcılığından söz açıb: “Fəxrəddin Teyyub uzun illərdir ki, Azərbaycan Yazıçılar Birliyinin dərgilərində çap olunur. Ədəbi cameədə tanınır, bilinir və sevilir. Mən onu yeni kitabı münasibtilə təbrik edirəm. Daha böyük uğular arzulayıram”. Sonra tədbirin aparıcılığı “Ulduz” jurnalının şöbə müdiri, şair Fərqanə Mehdiyevaya həvalə edilib. Fərqanə Mehdiyeva Fəxrəddin Teyyubu 10 ildən artıqdır tanıdığıını bildirib: “Fəxrəddin Teyyub elə bir insandır ki, özü üçün, öz yaradıcılığı üçün heç vaxt heç kime bir xahiş etməz. Tədbirdə Musa Yaqub, Səlim Babullaoğlu, Vaqif Yusifli, Elçin Hüseynbəyli, Yusif Nəğməkar, Balayar Sadıq, Fərəc Fərəcov, Qəşəm Nəcəfzadə, Dayandur Sevgi, Kəmaləddin Qədim, Savalan Talıblı və başqa qonaqlar çıxış edərək Fəxrəddin Teyyubu təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar. Çıxışçıların bəziləri Fəxərddin Teyyubun şeirlərini səsləndirib. Sonda Fəxrəddin Teyyub tədbirin təşkili üçün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və tədbir içtirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, kitba “Yazıçı” nəşriyyatında çap olunub. “Kölgəm mənim yol yoldaşım”ın redaktoru və ön söz müəllifi Zülfüqar Şahsevənlidir.
AYB.az