![]() |
![]() ![]() |
Aprel ayının 29-da Azərbyacan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair, Rusiyada da çox tanınan İlham Bədəlbəylinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Tofik Məlikli açıb. İlham Bədəlbəylinin yaradıcılıq və ömür yolundan danışan Tofik Məlikli onu Azərbyacan Yazıçılar Birliyinin rəhbərliyi adından təbdik edib və AYB rəhbərliyinin hədiyyəsini İlham Bədəlbəyliyə təqdim edib. “İlham Bədəlbəylinin Rusiyada Azərbaycan ədəbiyyatı üçün mislisiz xidmətləri olub. Əfsuslar olsun ki, o, Rusiyada tanındığı qədər Azərbaycanda tanınmır. Mən çox istəyərdim ki, Azərbaycan oxucusu İlham Bədəlbəylini oxusun”.
Tədbirdə tanınmış ədəbiyyat adamları iltirak edib. İştirak edən qonaqlardan Çingiz Əlioğlu, Vaqif Əlixanlı, İntiqam Qasımzadə, Natiq Rəsulzadə, Səlim Babullaoğlu, İlqar Fəhmi, Asim Cəlilov, Seyran Səxavət və başqaları çıxış edərək İlham Bədəlbəylini 70 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırblar.
Tədbirin sonunda İlham Bədəlbəyli göstərilən diqqətə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, tədbirdə iştirak edən qələm adamlarına təşəkkürünü bidirib.
Qeyd edək ki, İham Bədəlbəyli 1945-ci ilin yanvar ayının 27-də Sabirabad royununda ziyalı ailəsində anadan olub. İlk şeiri 1968-ci ildə “Molodyoj Azərbaydjana” qəzetində çap olunub. İlham Bədəlbəyli rus dilində “Səsə doğru gedirəm”, “Dənizdə adalar”, “Cənuba məktublar” , “Vernisaj” (azərbaycan dilində), “Paradoksı” və başqa kitabların müəllifidir. Hələ Sovetlər dönəmində “Xudojestvennaya literatura” və “Raduqa” nəşriyatlaında işlədiyi illərdə İlham Bədəlbəyli bir çox klassiklərimizin – Nizami Gəncəvinin, Mirzə Fətəli Axundovun, Səməd Vurğunun, Mirzə İbrahimovun, Rəsul Rzanın, Osman Sarıvəllinin, Nazım Hikmətin, Nəbi Xəzrinin, Fikrət Qocanın əsərlərinin redaktoru olub. 1991-ci ildə özünün yaratdığı “Rusanova” nəşriyyatında Çingiz Hüseynovun, Rüstəm İbrahimbəyovun, Çingiz Abdullayevin, Tofiq Məliklinin əsərlərini çap eləyib. Moskvada “Dənizdə adalar” şeirlər kitabına görə ilk azərbaycanlı yazıçı kimi N.Ostrovski adına mükafata layiq görülüb.
AYB.az