AYB.az saytı xəbər verir ki, fevral ayının 18-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist Aydın Ağazadənin anadan olmasının 60 illiyi münasibətilə tədbir keçirilib.

 

    Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq Aydın Ağazadəni yubileyi münasibətilə təbrik edib: “Mən Aydın Ağazadə ilə 90-cı illərdə “Ədalət” qəzetində birgə çalışmışam. Birgə işlədiyim müddətdə onun həm qələminə, həm də insani xüsusiyyətlərinə bələd oldum”.

    Yubiley mərasimində Ənvər Seyidov, Rafiq Sadıqov, Vüqar Rəhimzadə, Xeyrəddin Qoca, Məhərrəm Bədirzadə, İsmayıl Məmmədov, Çingiz Ələsgərli, Mənsur İbrahimli, Fazil Rəhmanzadə və başqaları çıxış edərək Aydın Ağazadəni 60 illik yubileyi münasibətilə təbrik ediblər, onun yaradıcılığından, şəxsi keyfiyyətlərindən söz açıblar, yubilyara yaradıcılıq uğurları arzulayıblar.

    Tədbirin sonunda çıxış edən Aydın Ağazadə 60 illik yubileyinin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara minnətdarlığını bildirib.

 

AYB.az

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə