Azərbaycan Beynəlxalq məktəbində şair Qəşəm Nəcəfzadə və Nuranə Nurla şagird və müəllimlərin görüşü keçirilib. Şairlərə məlumat verilib ki, məktəbdə 50 dən çöx ölkədən gəlmiş  şagirdlər təhsil alırlar.   Bu uşaqlar  Azərbaycanda xarici ölkə səfirlikləri və şirkətlərində çalışan xarici ölkə vətəndaşlarının övladlarıdır. Təhsil  ingilis dilindədir.  Qəşəm Nəcəfzadə  və Nuranə Nur 8 sinifdə  hər biri 20 dəqiqə olmaqla  şeirlərini oxuyublar, şagirdlərin suallarını cavablandırıblar və  şeir yazan şagirdlərin şeirlərini dinləyib öz tövsiyələrini veriblər. Görüşün sonunda şairlər   şagirdlərə  yeni kitablarını hədiyyə ediblər.


AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə