![]() |
![]() ![]() |
Artıq bir neçə gün əvvəl bildirmişdik ki, “Kitabçı” jurnalının Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakıyla “Serbiya xüsusi əlavəsi” nəşr olunub. Çağdaş serb ədəbiyyatının Yasmina Mixayloviç və Selimir Raduloviç kimi tanınmış simalarının müsahibələri, Radomir Andriç, Milisa Yeftimiyeviç-Liliç, Branislav Velkoviç, Duska Vrxovas və Selimir Raduloviç kimi tanınmış serb şairlərinin şeirləri və məqalələrinin, baş redaktorun “Bakı-Belqrad gündəliyi” kimi təəssürat yazısının yer aldığı jurnal artıq oxucuların ixtiyarına verilib.
Bu günlərdə redakiyanın poçtuna jurnalın baş redaktoru və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun adına Azərbaycanın Serbiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Eldar Həsənovdan minnətdarlıq məktubu daxil olub. Məktubda deyilir:
“Rəhbərlik etdiyiniz “Kitabçı” jurnalında “Serbiya xüsusi əlavəsi”nin çap olunması ilə Azərbaycan-Serbiya münasibətlərinin inkişafına verilən növbəti töhfəyə görə sizə və kollektivinizə Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin əməkdaşları vəşəxsən öz adımdan dərin minnətdarlığımı ifadə edirəm. Heç şübhəsiz sizin Serbiyaya səfəriniz, burada qurmuş olduğunuz əlaqələr strateji tərəfdaşımız və Balkanların aparıcı ölkələrindən biri olan Serbiya ilə humanitar, o cümlədən ədəbiyyat sahəsində əməkdaşlığımızın dərinləşməsinə təkan verəcək, dost Azərbaycan və serb xalqlarının bir-birlərini daha yaxından tanımasına vəsilə olacaqdır...”
Səlim Babullaoğlu da öz növbəsində Səfir Eldar Həsənova minnətdarlıq məktubu ünvanlayıb...
AYB.az