AYB.az saytı xəbər verir ki, dekabr ayının 16-da paytaxtın Nəsimi rayonundakı Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli orta məktəbdə  “Mütaliə klubu” layihəsinin açılış mərasimi keçirilib.

 

    Tədbirdə  Azərbaycan Respublikasınnı təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili, yazıçı Aqil Abbas, Rəşad Məcid, İlqar Fəhmi və başqa tanınmış yazarlar iştirak ediblər.

    “Mütaliə klubu” layihəsi çərçivəsində məktəbin şagirdləri oxuduqları kitabları yazarlarla müzakirə ediblər və fikir mübadiləsi aparıblar.

    Tədbirdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “Mütaliə klubu” layihəsinin başqa məktəblərdə də təqdim olunacağını qeyd edib.   

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə