Məqsəd Nurun "Şəhər meri" nüfuzlu rus nəşrində
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bildirib ki, tanınmış yazıçı Məqsəd Nurun "Şəhər meri" romanının bir böyük fraqmenti (Udqunçu), Rusiyanın "Nezavisimaya qazeta" "EXLİBRİS" ədəbiyyat əlavəsində Roman Ağayevin tərcüməsində dərc olunmuşdur (http://www.ng.ru/ng_exlibris/2014-07-03/5_major.html) . Məqsəd Nur yeni dövrdə ilk Azərbaycan yazıçısıdır ki, əsəri belə nüfuzlu nəşrdə dərc olunur. Mərkəzin sədri Səlim Babullaoğlu bildirib ki, bizim gəlcək fəlaiyyətimizdə bu əsərin bir çox dillərə tərcüməsi və nəşrinə kömək etmək, bununla da Azərbaycan ədəbiyyatının populyarlaşdırılmasına xidmət etməkdir. "Şəhər meri" ötən aylarda Gürcüstanın nüfulu ədəbiyyat nəşrlərində çap olunmuşdu və yüksək rəylər almışdı. İnanıram ki, bu belə də davam edəcək. Amma istəyirəm bir şeyi deyəm ki, təkcə Məqsəd Nur deyil, bir çox cavan və orta nəsli təmsil edən yazıçılarımız var ki, onların əsərləri dünya çapındadır, və həmin əsərələri və müəllifləri mütləq tanıtmaq lazımdır. Məsələn, Mübariz Cəfərli. Biz bütün bunlar haqqında düşünürük. İnanıram ki, bir çox işləri də görəcəyik.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə