![]() |
![]() ![]() |
“Ulduz” jurnalının “Ədəbiyyat qəzeti” ilə bərabər təşkil etdikləri “Variasiya” layihəsinin qalibi müəyyən edilib. Qeyd edək ki, uzun müddət nəsr formasında yayımlanan layihə bu dəfə tam fərqli, yəni poeziya formatında tərcüməçilərin ixtiyarına verilib. Layihədə ilk təqdim olunan şer Alla Axundovanın “Revnost” şeri olub.
Tərcüməçilər bu şeri müxtəlif variasiyalarda tərcümə edə bilərdilər. “525-ci qəzet”in redaktoru Yaşarın ekspert olduğu layihənin qalibi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli olub.
Modern.az-ın işıqlandırdığı mükafatlandırmada layihənin rəhbəri, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs müsabiqənin nəticələri haqqında bunları deyib:
Bizim Variasiya layihəmiz bir il nəsr formasında fəaliyyət göstərdi. Bu il biz variasiyanın poeziya formasına keçdik. Alla Axudnovanın “Revnost” şerini verdik və onun sonluğunu müxtəlif adamlar müxtəlif cür tərcümə elədilər. 12 adam bu şerlə bağlı tərcümələrini yolladılar. Onların arasında hətta Amerikada yaşayan yazar da var idi. Ekspertimiz Yaşar bəyin də gəldiyi qənaətə görə şeri ən yaxşı tərcümə edən Nəsir Əhmədlidir. Sərbəst formalı zəngin metaforalı şeri hecaya çevirmək çətin olsa da Nəsir Əhmədli bunu ustalıqla həyata keçirib.
Daha sonra Qulu Ağsəs layihəyə göstərdiyi dəstəyə görə AYB sədrinin müavini Nazim İbrahimova təşəkkürünü bildirib. Sonda isə qalib üçün nəzərdə tutulan pul mükafatı N .Əhmədliyə təqdim olunub.