![]() |
![]() ![]() |
Görkəmli Xalq şairi Rəsul Rzanın anım günü münasibətilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, tanınmış yazıçı və şairlər I Fəxri Xiyabanda R.Rzanın məzarını ziyarət ediblər.
Rzayev Rəsul İbrahim oğlu (Rəsul Rza) (19 may 1910, Göyçay – 1 aprel 1981, Bakı) – Azərbaycan şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın xalq şairi (1960), Azərbaycanın əməkdar incəsənət xadimi (1943), SSRİ Dövlət mükafatı laureatı (1951). Rəsul Rza 1910-cu il may ayının 19-da Azərbaycanda anadan olmuşdur. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur. Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən), olmuşdur. 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. AYB Mətbuat Xidməti |