![]() |
![]() ![]() |
Uralinformbüronun mətbuat xidmətinin verdiyi məlumata görə 2013-cü il üzrə “Yuqra” Beynəlxalq ədəbiyyat mükafatının nəticələri açıqlanıb. Müsabiqənin təşkilatçıları Xantı-Mansiysk bankı və “Həyatın yolları” ədəbiyyat fondudur. Qaliblərin adları xüsusi komissiya tərəfindən müəyyənləşdirilib. Mükafatların təqdimetmə mərasimi 2014-cü il mart ayının sonunda Yuqra dövlət kitabxanasında keçiriləcək.
Yuqor ədəbiyyatını zənginləşdirdiyinə görə mükafatın laureatları ancaq Xantı-Mansiyskin yetirmələri şair Andrey Tarxanov və yazıçı Eremey Aypin deyil, həmçinin xarici ədəbiyyatçılardır. Beləki, yazıçı Məmməd Oruc (Azərbaycan) “Yuqor ədəbiyyatının xaricdə təbliği və tərcümə olunması” nominasiyası üzrə təltif olunub.
Dünya ədəbiyyatını zənginləşdirdiyinə görə şair, nasir, dramaturq Aleksis Parnisin (Yunanıstan) adı qeyd edilmiş, 2013-cü ilin yekun nəticələrinə görə ən yaxşı “Slavyan kitabını” isə Venko Andonovckiy (Makedoniya) yazmışdır.
“Xalq ənənələrinin ədəbiyyatda qorunması” mükafatına rusiyalıların arasından Mariya Voldina (Xantı-Mansiysk), Rusiya haqqında ən yaxşı şeir mükafatına isə Voronej şairi İvan Şelikov layiq görülüblər.
Məlahət Qənbərova
AYB Mətbuat Xidməti