Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış türkoloq, professor Ramiz Əsgərin 60 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin aparıcısı, AYB-nin katibi Arif Əmrahoğlu Ramiz Əsgərin gördüyü önəmli işlərindən, kitablarından söz açıb. Sonra söz xalq yazıçısı Anara verilib. Anar çıxışında Ramiz Əsgəri  “Şöhrət” ordeni alması və 60 yaşı münasibətilə təbrik edib. “Ramizin qələmi var, qılıncı yox, mən də ona qılınc bağışlayıram” deyərək öz hədiyyəsini təqdim edib. Tədbirdə xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, türkoloq alim Firudin Cəlilov, Əzizxan Tanrıverdi, Əli Şamil, Adil Cəmil və başqa tanınmış ziyalılar çıxış edərək Razmi Əsgəri təbrik edib və arzularını çatdırıblar
Ayb.az






Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə