Son xəbərlər

 


         Gecə düşüncəsi

 

Düşünürsən gecələr,

Soyuğu,

yalnızlığı

Pəncərədən içəri,

Dolur gecə sazağı.


Kimsə yoxdur otaqda

Yalnızlıq içindəsən

Narahat çarpayıda,

Qıvrılır sakit bədən.

 

Dəli bir düşüncə var,

Ürəyinin içində.

İllərdi gələn nəfəs,

dolaşırmı köksündə?

Axı bu itən nəfəs

Hara gedir görəsən?

Gecə pozur sükutu,

O danışır deyəsən:

“Bax səmaya, dolanır,

Yerdə, göydə fırlanır.

Ürək durmur yerində,

O dayanmır, çırpınır.

 

Gözlər dikilib yola,

Kimi isə gözləyir.

Yola baxırsa gözlər

Bəs niyə kədərlidir?

 

Yetdi zaman bu anda,

Qaraltı var, uzaqda.

Bu son nəfəs, bu son söz:

“Nə gördüm ki, həyatda?”

Sənsizliyi təsvir etmək..........

Sənsizliyi  təsvir  etmək....

Çox  çətindir.

Dözülməz  bir  ağrıdır  o.

İşıq  yoxdur,  qaranlıqdır.

Küləklər  də,  sazaqlıdır.

Çox  acıdır...

Sənsizliyi təsvir etmək....

Əlacsız  bir  dərd  kimidir,

Daldalanmış   ər  kimidir.

Tapdalanmış  mərd  kimidir

Sənsizliyi  təsvir  etmək...

Acılarla  qıvranmaqdır,

Acı  həsrəti  dadmaqdır.

Acını  məlhəm  sanmaqdır

Sənsizliyi  təsvir  etmək....

Bütün  naləm, ah-fəryadım,

Dərdlə  açılan sabahım.

Bu  dərdi  mən necə yazım?

Sənsən  ən  böyük  günahım...

                    Məlhəm....

Gizlənərəm, özümdən,

Həyatımdan, küsərəm

Unudaram keçmişi,

Mən təzədən, sevərəm.

 

Qoşulub,buludlara,

Yağış olub,yağaram.

Çəkilib, ulduzlara,

Sənə göydən, baxaram.

 

Açdığın, yaralara,

Məlhəm tapıb, sürərəm.

Sən çıxanda, yoluma,

Nə bir salam, alaram,

Nə bir salam, verərəm....

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə