Son xəbərlər

 

 Yadigarın canındakı yorğunluq üz-gözündən aydın sezilirdi. İşdə də yorğun görünürdü. Hətta, iş yoldaşlarıyla nahara belə getmirdi, iştahdan kəsilmişdi, özünə qapanmışdı. Əvəllər işdən sonra adətən, dostlarıyla çayxanaya gedərdi, ordan-bur dan danışar, söhbətləşərdi. Xeyli vaxtdır ki, dostlarıyla görüşə bilmirdi. Bu günlərdə sağlamlığı ilə bağlı müayinə üçün həkimə getmişdi. Görünür, həkimin diaqnozu bir o qədər də ürəkaçan olmayıb. Ev-məişət qayğıları, kirayə pulu, bəzi xırda-para xərclər, götürdüyü xeyli kredit borcu, bir sözlə, bir çox qayğılar Yadigarın ürəyinə yüklənmişdi. Ancaq heç kimə, hətta, aralarında soyuqluq olan həyat yoldaşına belə yorğunluğunun səbəbini anlatmırdı. İnsanın qayğıları artdıqca problemləri böyüdükcə, sanki cəmiyyətdən təcrid olunmuş kimi olur.Daha yumşaq desək, bu dünyadan üzülüb başqa dünyayla çuğlaşır.
İş vaxtı həmişə saat 7-də bitirdi.Həmin gün tez çıxmaq üçün işlərini bir az yeyinlətdi. Hamıyla sağollaşıb siqaretini, avtomobilinin açarını götürüb otaqdan çıxdı.Dəhlizdə qarşısına çıxanlarla da sağollaşdı.Qapıda dayanan mühafızəçi Yadigarın fıkirli,yorğun olduğunu o saat hiss elədi.Yanındakına:
– Bu Yadigar niyə belə dalğındı, görəsən? Gözümə birtəhər dəyir.
– Bilmirəm, amma neçə gündür,yaman qaşqabaqlıdır.
Yadigar avtomobilinə yaxınlaşıb sakitcə sükan arxasına keçdi.Mühərriki qızdırdıqdan sonra yerindən tərpətdi və Heydər Əliyev prospektindən üzü şəhərə doğru yola düşdü. Həmişəkindən fərqli olaraq, elə bil, yolda bu gün sıxlıq yox idi. Dalğın halda musiqi dinləyir, yolun sağ tərəfiylə gedirdi. Yolayrıcından sağa ayrıldı. Amma bu ona baha başa gəldi. Bu vaxt yolu keçmək istəyən piyada nə arxaya çəkilə bildi, nə qabağa. Yadigar əyləci sıxmağa macal tapmamış piyada yerə sərildi. Ətrafdakılar hamısı tükürpədici səsə tərəf qanrıldılar. Yadigar heç nə olmamış kimi yoluna davam etdi. Birdən sanki yuxudan ayldı. Bu bir anlığa oldu, bəlkə, saniyənin yüzdə biri qədər, avtomobilində oxutduğu mahnı da bitmişdi. Yadigar yan güzgülərdən arxaya baxdı və qəflətən avtomobilini sağa çəkib, həyəcanlı halda, «öldürdüm!»,-deyə qışqırdı.Özü öz səsindən səksəndi, üşəndi. Avtomobildən düşüb geriyə addımladı. Yolla keçənlər yerə yıxılan adama baxıb yollarına davam edirdilər. Heç kim ona məhəl qoymur, yardım etmirdi. Yadigar qocanın nəbzini yoxladı, cibindən dəsmal çıxarıb alnının tərini sildi.
Qocanın yanağından qan axıb üz-gözünə yayılmışdı. İstəyirdi ki, dirsəklənib qalxsın, amma gücü çatmırdı. Hələ ağrını tam hiss eləmirdi. Bu onun üz-gözündən, daha çox peşmançdıq hissi keçirməyindən bəlliydi. Yadigar özünü tam itirmişdi. Nə edəcəyini düşünüb anlaya bilmirdi. Bərk təlaş içində olduğunu hiss elədiyindən qoca ona ürək-dirək vermək istədi:
– Oğlum, yaxşıyam, narahat olma,səni mən çaşdırdım, sənlik heç nə yoxdu… Uf..
Yadigar təlaşlı-təlaşlı qocanı ayağa qaldıra bildi. Qucaqlayıb maşına tərəf çəkdi.
– Yaxınlıqda xəstəxana var… gedək həkimlər baxsın.
Qoca istədi, etiraz eləsin, ”Narahat olma”, – desin, istədi, ünvanmı söyləsin, amma bir anlığa xatırlaya bilmədi. Bir qədər kəkələdi. Yadigarın təlaşı bir az da artdı. Bədənindən soyuq bir üşütmə keçdi. “Bir xəta da bu yandan gəldi”, – flikrindən keçirdi.
– Nə lazımdırsa, edəcəm, qulluğunuzda dayanacam,– dedi. Onsuz da yetərincə problemləri vardı. Birini həll eləməmiş, o birisi baş qaldırır. Ailənin dolanışığı, ilk göyərçin körpə, evsizlik, aylıq ev kirayəsi… bank borcu filan qədər, üstəlik də, bu hadisə. «Əri döyən arvadı, bu yandan da it tutdu». Öz halına içində acı-acı güldü də.
– Oğlum, heç nədən narahat olma. Özümü yaxşı hiss eləyirəm. İmkanın varsa, məni evimə apar. Hər şey qaydasındadı.
– Yox, belə olmaz, gedək müayinəyə.
Xəstəxanaya çatanda Yadigar üzünü qocaya tutub dedi:
– Dayı, birdən səni qəbul etməzlər, onda deyərik ki, yüngül qəza keçirmişik.
Yadigar arxa qapını açıb, qocanın qoltuğuna girib, onu xəstəxanaya doğru apardı. Reseptiona yaxınlaşıb qocanı müayinə üçün gətirdiyini söylədi. Tibb işçiləri qəza hadisəsi olduğunu hiss edib bildirdilər ki, polis gəlməsə, xəstəni qəbul edə bilmərik.Əsəbi,yorğun olan Yadigar özünü saxlaya bilməyib xırıltılı, boğuq səslə:
– Siz xəstəni qəbul edin,yerləşdirin,sonra polisi çağırın.Bəlkə, adam ölür burda! Məsuliyyətdən boyun qaçırmıram.Amma bir həkim olaraq öz peşə borcunuzu yerinə yetirin.Sizdən artıq heç nə istəmirik ki…
– Əsəbləşmək lazım deyil,qayda belədi.
– Allahınız yoxdur! Görmürsüz, yaşlı adamdı, ağrılara dözmür?! Polis bura gəlib çatana qədər qocaya bir şey olsa, cavabdeh siz olacaqsımz! -Özü də hiss eləmədən səsini qaldırırdı.
Yadigarın səsinə xəstəxananm həkimləri yığışdı. Reseption baş həkimə zəng çalıb məsələni izah etdi.Telefon danışığından hiss olundu ki, baş həkim içəri keçməyə icazə verib.
Həkimlərin köməyi ilə Yadigar qocanı müayinə etdirmək üçün rentgenə saldırdı. Bir neçə müayinə prosesi keçdikdən sonra polislər rentgen otağına gəlib Yadigara müraciət etdilər:
– Vətəndaş, hadisə nə vaxt, harda olub?
– Heydər Əliyev prospektində, bu gün saat 17:30 radələrində.
Daha bir neçə sualı həm qocaya,həm də Yadigara ünvanladı.Polislər protokol tərtib eləməklə məşğul ikən qoca bir az da çılğıncasına:
– Oğlum, hadisədi də, olub. Hər birimizin başına gələ bilər. Mənə ciddi bir şey olmayıb, heç şikayətçi də deyiləm.Günah məndə oldu,yolu keçəndə işıqforu gözləmədim.Bu yazıq da öz sürəti ilə gedirdi.Mən yaşlanmışam,yolun ortasında dayandığıma görə geri çəkilə bilmədim.
Həm də sağdan-soldan maşınlar gəlirdi, özümü bir anlıq itirdim.
– Dayı,bu adam sizi vurub,cinayət işi açılmalı,hər şey aydınlaşmalıdır.Kimin günahkar olub-olmaması təhqiqatın işidir.
– Oğlum,vurulan adam mənəm,sizə yenə deyirəm,heç kimdən şikayət etmirəm. Xəstəxanaya gəlməyimə isə bu cavan oğlan israr elədi. Hələ mən ona təşəkkürümü bildirirəm ki, insanlığını göstərdi.Axı,nə düşmüsünüz bu zavallınm üstünə?!
Polis serjantı Yadigan qırağa çəkib nə isə deyirdi.Sonra telefonunu çıxardıb Yadigarın nömrəsini telefonuna qeyd elədi və qocaya yaxınlaşıb dedi:
– Ağsaqqal, hadisə olub və bunu da kameralar çəkib.Siz şikayət etsəniz də, etməsəniz də, biz protokol tərtib etməliyik.Hər ikinizi ayrı-ayrılıqda danışdırmalıyıq. Bu, bizim işimizdir.Polislər protokol tərtib eləyib getdilər.
Həkim-travmatoloq xəstəni müayinə elədi,ilkin rəy belə oldu:«Yüngül beyin travması alıb,sağ çiyin nahiyəsində sümük çatı var,sifət və baş nahiyəsində xırda sızıqları,qanaxması və s.»Palata şəraitində müalicə yazıldı.
Yadigar bir xeyli yan cibindəki pulları əlləşdirdi,sanki nəzərdə tutduğu məbləğin dəqiqliyini bir daha təsdiqləmək istədi.
Üşütmə keçirdi… fıkirli-fikirli həkimin otağına keçdi,dil-ağız elədi,əlini həkimin yan cibinə apardı.Tibb bacısını da «gördü».Həkimin reseptini götürüb dərman dalınca getdi… Sonra bir qucaq dərmanla palataya qayıtdı.
Az sonra qoca yuxuya getmişdi…
Yadigar yol boyu qəfil baş verən hadisənin təfərrüatlarını saf-çürük eləmək istəyir, nəyin necə baş verdiyini anlaya bilmirdi… Hələ sonrası necə olacaq? Allah bilir… Bu ara səbir gətirdi. Səbirlə, elə bil ki, bir təsəlli də gəldi. Xəstəxananm görkəmi, parpar parlayan döşəmələri, tər-təmiz palatalar, ona tanış olan-olmayan avadanlıqlar, hələ girişdəcə adamlara verilən ağ xalatlar, ayaqqabıların üstündən salafan keçirmələr və s… ona hardasa, xoş göründü. Ani olaraq professor Gülverdiyevin sözləri yadına düşdü: “kəmiyyət, keyfiyyət, keyfiyyət-kəmiyyət, nəhayət, mahiyyət…”
Yol boyu əyləcdən qopan o müdhiş səs qulaqlarını deşməkdəydi. Vahimələndiyindənmi,ya nədənsə içindən bir üşütmə keçdi,yenidən üşəndi.
Yadigar evə çatanda həmişəkindən daha kədərli, daha yorğun görünürdü.Qapını xanımı açdı.Üzü-gözü gömgöy olan Yadigara baxıb başını buladı.İçindən nifrət qarışıq bir üşütmə keçdi…«Bundan ağlın nə kəssin»-fikirləşdi.
Yadigar vanna otağına keçib əl-üzünü yudu,masaya əyləşmək əvəzinə, eyvana çıxıb dalbadal siqaret yandırdı.Amma problemini bölüşmədi.Həmişə də öz qayğılannı özü çəkib… Bəlkə də,dərdlərini bölüşəsi bircə adam da tanımırdı.İki ili azca adlamış birgə yaşadıqları ömür-gün ortağından gördüyü soyuqluq da onu daha da ümidsizləşdirmişdi.Bu həyat da Yadigarın üzünü güldürəsi elə bir şey də yox idi. Heç qayınana sarıdan da bəxti gətirməmişdi. Həyat yoldaşıyla sevgili olanda belə, qaynanasından xoşu gəlməmişdi.Əslində, soyuqluq elə qayınananın özündən – Mehriban xanımdan gəlirdi. Fikirləşirdi:- Qayınanamın adı Mehriban olsa da, mehribanlığını görmədim.Bir sözlə, qayınanasından da yarımamışdı... .Bir az vaxt adladı. Yadigar hiss elədi ki, qayınanası da onlardadı. Allah bilir, yenə qızının qulağım nələrlə doldurmayıb.
– Bu, deyəsən yavaş-yavaş dəli olacaq. Buna nə olub belə?Həmişəkindən daha betərdi,–hikkəli-hikkəli Mehriban xanım deyinirdi, özü də hündür səslə.
Yadigara elə gəldi ki, ürəyi sinəsindən qopub ayaqları altına düşdü.Ürəyinin çırpıntısını ayaqları altında hiss elədi.
–Ağəz,sənə min dəfə demişəm,bunun alayı yerdə matışkası var, a çüşkə! Sən nə haydasan?! Bu zırrama kənd ayısından ailə adamı olmaz! Böyüyün sözünə baxmayan bögürə-bögürə qalar.
Bu sözləri anası azından yüz kərə söyləmişdi.Qızın canı boğazına yığılmışdı. Anasının telefonda qınaqları da bitib-tükənmək bilmirdi. Üstəlik üzbəsurət dedikləri də Suzanı cana doydurmuşdu.
– Kül sənin avam başıva! Ər dediyin adam üzüvə baxmır. Mən yaxşı bilirəm ki, onun qıraqda kimisə var. Sən əfəlsən, amma məni əfəl sayma!
Mehriban xanım heç nəyə, heç kimə məhəl qoymur, elə deyinirdi qeyzli-qeyzli:
– Gördün, yenə rədd olub getdi. Sən də qalmısan mətbəxdə. Bişir-düşür, ona uşaq saxla.Ağəz,sənin tayların geyinib-keçinib şəhərin bahalı yerlərində naz sata-sata gəzir. Ağəz… mətbəx cücüsünə dönmüsən ki… O, Əfrikadı, nədi, oralardakılara oxşiyirsan. Bu çüşkələrdən biri də o vaxt mənə vurulmuşdu. Kənd çüşkəsi, nə bilim aspirantıydı, nəydi. Az qala aldanacaydım. Yaxşı ki, rədd elədim, getdi işinin dalıyca. İndi də heç ailəsi-zadı da yoxdu, deyirlər. O, nə ailə qədri biləcəkdi. Deyir, professordu. Külü qoyum professor başına.Onsuz da cana doymuş Suzan bomba kimi partladı:
– Ana, daha bəsdi! Sənin dır-dırın bir yandan, bilmirəm, bu körpəyə baxım, yoxsa dərdlərimlə qalım. Hansı günahın sahibiyəm ki, Allah mənə belə tale yazdı?! Göz yaşlarımın ardı-arası kəsilmir. Bəsdir, axı mən də insanam!..
Yadigar bir müddət nələrin baş verdiyini, yoxsa yuxuda olduğunu kəsdirə bilməmiş, bu sayaq da fikirli-fıkirli evdən çıxmışdı.

Saat doqquzun yarısıydı..
Yadigar palataya girəndə qoca yatmışdı. Sakitcə bir qıraqda əyləşib qocanın yuxudan oyanmasını gözlədi. Az keçmədi, qoca yuxudan ayılıb Yadigarla salamlaşdı.Yadigar onun səhhətini soruşdu, hal-əhval tutdu.Qoca, həkimlərin xidmətindən razılığını bildirdi. Yadigar pəncərənin qabağındakı meyvələrdən soyub xəstəyə təklif etdi. Qoca bir neçə dilim alma yeyib təşəkkürünü bildirdi. Yadigar bilmirdi, nə etsin ki, qocaya xoş olsun.
– Dayı, ağrıların azalıbmı?..
Qoca sakitcə başıyla: hə,- dedi. Dərhal da söhbət bitdi.Deyəsən, hər ikisi də özünə qapılmışdı,hərə öz içiylə danışırdı, bir-biriylə danışırmış kimi.Nə Yadigar qocadan kimliyini, nəçiliyini soruşur, nə də qoca Yadigardan. Hər ikisi öz içində danışır, sanki bir-biriylə tanışlıq eləyirdilər. Dialoq isə beləydi:«Oğlum, sən əsilli-nəsilli adamsan, eybi yoxdu, qəzadan qaçmaq olmaz. Tanrıdan enməyincə qul başna xəta gəlməz.İnsanın həyatı sınaqlardan ibarət olur.Əslində, sənin sir-sifətində kimliyin, nəçiliyin yazılıb… Hə, sənətimi bilmək istəyirsən? Genelogiya sahəsi üzrə mütəxəssisəm. Şəxsiyyətin yetkinliyində irsiyyətin rolunu genetika üzrə tədqiqatlarımdan, təcrübəmdən yaxşı bilirəm.Ailəm olmasa da,tələbələrim, aspirantlanım övladım kimidi.Bu təsadüfi hadisəni onların da bilməsini istəmirəm, elə sənin əziyyətlərini də…Heç kimə bir qəpik də verməyəsən ha…Bütün xərcləri özüm çəkə bilərəm»…
İlk andaca bu qocanın alicənablığı,müdrik siması Yadigara,elə bil ki,hər şeyi danışmışdı,aralarında elə bir sirr qalmamışdı.Ona elə gəlirdi ki,bu müdrik insan Yadigarı lap çoxdan tanıyır,kimliyini yaxşı bilir.Tibb Universitetini əla qiymət- lərlə bitirdiyini,Türkiyədə yüksək səviyyədə doktorantura keçdiyini,hətta,orada qalıb işləməməyinin səbəbini də bilir,Bakıda yarımştat güc-bəla işə götürüldüyü klinikada axıracan işləmədiyini də,yanına gələn xəstələrdən pul götürməməyini də, həkim həmkarları tərəfindən burunlandığını da, onların işinə «pəl vurması» bəhanələrini də.Beləcə sevdiyi,canını qoyduğu həkimlik sənətindən ayrılıb bir alış-veriş şirkətində işləməsindən də, əziyyətlə böyüməsindən də,ata-anasını erkən yaşlarında itirməsindən də xəbərdardır sanki bu qoca…
Xeyli «söhbətləşdikdən» sonra qocanın səsi sükuta atılan lişong effekti verdi:
– Oğlum, bir xahiş eləsəm,olarmı?
– Buyurun, buyurun dayı.
– Qulu Əsgərovu dinləmək keçdi ürəyimdən.Mənə onun diskini gətirə bilərsənmi?
– Əlbəttə, sabah mütləq gətirərəm!
– O rəhmətliklə sağlığında salam-əleykümüm olub.Çox yaxşı insan idi.Böyük sənətkar olub.Rəhmətlik heç 60 il yaşamadı.59 yaşında dünyadan köçdü.Onun səsini radiodan dinləyəndə elə bilirəm, zəngləşib görüşəcəyik, çay içəcəyik. Yaman beynimə düşüb onu dinləmək. Rəhmətlik o vaxt «Yada sal məni» oxumuşdu. O mahnıda, elə bil, öz taleyini oxuyub.Nəsə, onu dinləmək istədim…
Yadigar qocayla sağollaşıb palatadan çıxdı.Dəhlizdə təzə gələn tibb bacısını da «gördü».
Avtomobilinə minib evə gəldi. Həmişəki kimi qapını yoldaşı açdı. Yanpörtü salam verib,vanna otağına keçib əl-üzünü yudu. «Bu qədər borcum- xərcim var, üstəlik də qoca üçün xəstəxanaya köçürüləcək pul.Bütün bunların öhdəsindən necə gələcəm,Ilahi?!» Bir xeyli düşündü…
Suzan ona çay-çörək təklif elədi,Yadigar çox fikirli idi.Bu arada zəng gəldi.Yəqin, anasıdı,– Yadigar qət elədi.Telefonun o başından Mehribanın səsi Suzanın qulaqlarını deşir, ağırlıq mərkəzi olmayan güllə kimi içini oya-oya gəzirdi.Yadigar kirimişcə beşikdə yatan körpənin üzündən yüngülcə öpdü,uşağa xeyli baxdı,keçib yatağında uzandı, necə yuxuya getməyindən xəbəri olmadı.

Səhər o başdan Yadigar qocaya vəd elədiyi diski alıb xəstəxanaya gəldi. Qoca səhər yeməyini təzəcə yemişdi.Ədəb-ərkanla hal-əhval tutdu.
– Buyurun, – dedi. – Qulu Əsgərovun mahnılarıdır.
Qoca əməliyyat olunacağı barədə Yadigara heç nə deməmişdi. Çünki istəmirdi,Yadigar həm maddi, həm mənəvi baxımdan daha da sıxıntı yaşasın. Qocanın razılığı, dil-ağız eləməyi Yadigarı bir az da qayğılandırırdı, xəcalətləndirirdi.
Qoca yenə də xeyli dil-ağız elədi. O da öz növbəsində bu cavan oğlanı işə saldığı üçün xəcalətlənir, özünü günahlı bilirdi.Hadisədən iki günə yaxın vaxt keçirdi. Qocanın ağrıları şiddətlənməyə başlamışdı.
Səhər saat 12.00-da əməliyyat olunacaqdı. Qoca xatırlatdı ki, hələlik gəlmə qohumlarım gələcək. Birdən söz-söhbət olar. Bunu özündən uydurmuşdu.

Yadigarın ailə problemləri get-gedə böyüyürdü. Mehriban xanım artıq boşanmaları üçün qızını məhkəməyə yollamışdı.Suzan vəkillə görüşəcəkdi. Artıq hər şey bitmiş kimi idi.Əgər ona sual versəydilər ki,bu boşanma ərizəsinin yazmasına səbəb nədi?Bu suala Suzanın dürüst cavabı yox kimi idi. Əslində, yox idi…

Yadigar prospektlə evə qayıtdı. Beynində fikirlər bir-birinə qarışırdı. Bütün olanlar üçün özünü məzəmmətləyirdi. Gah da bütün fikirlərini qayınanası Mehriban xanımın üstündə cəmləyirdi.
«…Ağez, bundan sənə ər olar?!»
Yadigarın beynində fikirlər qarışqa sürüsünə dönmüşdü, bir-birinə qarışmışdı.
Elə bu an beynindən sürət qatarı kimi çox oxuduğu şair Söhrab Tahirin misraları keçdi.
Yuxuda bir şəhər salmışam dünən,
Şəhər təmizlənib hər natəmizdən.
Misralar bir lent yazısı,teleqram şifrələri kimi təkrar-təkrar fırlandıqca pırpızlamış, didilmiş yaddaşına ilişmişdi, elə bil. Kənddə-kəsəkdə çox-çox müşahidə elədiyi bir çəngə yun parçasının qaratikan kol-kosuna ilişdiyi kimi.

Təkrar-təkrar beynindən keçirdi:
«Şəhər təmizlənib hər natəmizdən».

Yadigar onu da bilmirdi ki, Mehriban xanımın hələ cavanlığında çox macəraları olub. Cavan bir aspirantla görüşüb.Arada da sevgi, filan.Amma Mehriban xanım nə kələk gəlibsə,oğlanı necə «yandırıbsa», jarqon ifadəylə desək, ona necə «atıbsa»,özünü kəndçi-kündçüdən aralayıb Suzanın atasıyla evlənib.Heç onu da xoşbəxt eləməyib.Tezcə də göndərib o biri dünyaya. Amma o kəndçi cavan aspirant sonralar da heç evlənməyib. İndi hardasa məşhur adamdı, professordu. Akademiyada, ya da hansısa ali məktəbdə işləyir. Fərəməz Veysov. Tez-tez televizorda da çıxışları olur.
Bu ad Yadigara yaxşı tanışıydı. Genelogiya sahəsində xüsusi xidmətləri var. Azərbaycanda irsiyyət məsələlərini öyrənən alimdir.
Qayınanasının bu məşhur alimlə keçmiş sərgüzəştlərini təəssüf ki, bilmirdi.

Kafedrada Fərəməz müəllimin işə gəlməməsindən bərk narahatlıq keçirdilər. Ev telefonu cavab vermir, əl telefonu isə yerli-dibli olmayıb.
Yadigar iş yerində də özünü tamam unudur, fikirlərini toplaya bilmirdi.Tez-tez xətalara yol verirdi. Onun bu qeyri-adi hərəkətləri iş yoldaşlarının da gözlərindən yayınmırdı.Hələ üstəlik çax-çux da eləməliydi. Ailə, körpəsi… Kredit isə dabanbasaraq üstünə gəlir,onu üstələməyə çalışır. “Gör, mən neynədim. Bütün içimi-çölümü uçurtdum. İşim, başlayacağım elmi axtarışlar…” Beynində yerbəyer elədiyi mövzu onu ən rahat vaxtlarında da rahatsız eləyirdi. Ankara Tibb Universitetində professor Orxan Onoxun yönləndirdiyi mövzu «İnsan qanının molekulyar quruluş strukturu» məsələsi onu elmi axtarışlar eləməyə çağırırdı.«İnsan qanında molekulların quruluşu, yəni strukturu insanın xarakterini müəyyən eləyən əsas amildi. Ümumilikdə bütün xəstələr qandakı dəyişikliklərlə bağlıdır. Əfəndim, sizlərə bir analoji fikir söyləyim”, – deyən professorun fikirlərini beynindən keçirdi. Götürün təbiətdə yaxşı bələd olduğunuz üç maddəni almazı, kömürü, qrafiti. Hər üç maddənin kimyəvi tərkibi karbondu, kimyəvi işarəsi də C ilə göstərilir. Hər üç maddənin atom çəkisi, kimyəvi tərkibi eynidi, yəni ki, hər üç maddə karbondan ibarətdir.Almaz təbiətdə ən bərk cisim, qrafit isə ən yumşaq maddədi, kömürsə yanıcılığına görə enerji mənbəyidir. Kimyəvi tərkibləri eyni olan bu maddələri fərqləndirən təbii ki, molekulyar quruluşlarındakı fərqlilik, yəni, struktur sisteminin başqa-başqa olmasıdır. Almaz da molekulalar romb şəklində, digərlərində isə fərqlidi…»
Yadigar yaxşı bilirdi ki, insanın qanındakı fərqli molekul quruluşu, molekulyar dəyişiklik, əslində, xarakteri formalaşdırır.
«Əfəndilər, yaltaq adamda qan quruluşu tədricən dəyişib başqa şəkil alır,qorxaqda ayrı şəkildə,mərd adamda bir özgə formada olur. Uzun müddət yaltaqlıq eləyən adamda qan hüceyrələrindəki molekulyar struktur dəyişikliyi gedir. Bu dəyişiklik, hətta, geneloji olaraq atadan oğula keçə bilir…» Professor nəzəri dediklərini həm də laborator yolla təsdiqləyir, vizual olaraq göstərirdi. Hematologiya tibbdə ən sirli sahələrdəndi,-deyirdi…Xəfiyyə idarələri də bu tibbi proseduranı yaxşı bildiklərindən qan quruluşu dəyişikliyinə uğramış adamlardan «yaxşı» istifadə edir. Zaman keçdikcə yeni «işverən» tapmağa ehtiyac qalmır. Çünki bu bir proses kimi zəncirvari olaraq atadan övlada ötürülür».
Bu qan məsələsi Yadigarı bir gənc həkim kimi çox düşündürən bir sahədi.
…Evə necə çatdığım hiss eləmədi. Pilləkənlə altıncı mərtəbəyə qalxdı.
Qapının üstünə yapışdırılmış iki yazılı kağız gördü. Alıb baxdı. Hər ikisi də məhkəmə tərəfindən, amma ayrı-ayrı bölgə məhkəmələri tərəfindən göndərilən bildiriş kağızları idi.Biri Suzanın ərizəsi əsasında…
O biri isə mərhum professor Fərəməz Veysovun işiylə bağlı…
… Amma sonra məlum olacaqdı ki, mərhum professorun işiylə bağlı istintaq materiallarınm içində qəribə bir sənəd də gizlənib – Professorun iki otaqlı evinin Yadigar Qafarlıya bağışlanması haqda vəsiyyətnamə.

SON

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə