Son xəbərlər

 

Gənc Tamaşaçılar Teatrında şair Səlim Babullaoğlunun “ATV Kitab” seriyasından “Parlaq imzalar”la nəşr edilən “İlyas Göçmənin şəkil dəftəri” şeir kitabının təqdimatı və teatrın böyük səhnəsində “Vizual poeziya” seansı keçirilib.

 

AYB.az bildirir ki, “Vizual poeziya” gecəsində millət vəkilləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də jurnalistlər iştirak ediblər.  Çıxış edən şair Səlim Babullaoğlu gecədə işttirak edən qonaqlara təşəkkürünü bildirib. Daha sonra İyas Göçmənin fotolarından ibarət videoçarxın müşayiəti ilə “İlyas Göçmənin şəkil dəftəri” şeir kitabından şeirlərini səsləndirib.

Qeyd edək ki, İlyas Göçmən  türk fotoqrafiya tarixinin məşhur isimləridən biri kimi “İstanbulun 100 fotoqrafı” ensiklopediyasına adı düşüb. O, 1944-cü ildə Ədirnədə dünyaya gəlib. İlyas Göçmənin fotoşəkillə məşğuliyyəti 1980-ci illərdə İFSAK-a üzv olmaqla başlayıb. Bu tarixdən sonra fotoşəklin sənət növü ilə maraqlanan Göçmənin əsərləri ölkədə və ölkə xaricində müxtəlif albom və kitablarda bəzən tək, bəzən də toplu halında yayımlanıb. 1984-cü ildə Beynəlxalq Foto Federasiyası (FIAP) tərəfindən “AFIAP” ünvanı ilə təltif edilib. Milli və Beynəlxalq yarışlarda 200-ə yaxın mükafat alıb.

Xəyalə Məmmədova 

Fotolar: Səfiyar Məcnun / atv.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə