Son xəbərlər

 

Azərbaycan Yazıçılar Birliyində AYB-nin üzvü, Prezident təqaüdçüsü, II Gənc Ədiblər Məktəbinin məsul katibi gənc şair Emin Pirinin “Sağ qalan varmı?!” şeirlər kitabının imza mərasimi keçirilib.

Mərasimdə tanınmış yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcid E.Pirinin yaradıcılığından söz açaraq, onun timsalında istedadlı gənclərin ədəbiyyata maraq göstərməsini təqdirəlayiq hal hesab edib: 

“Uzun müddətdir, Azərbaycanda imza günləri deyə bir ənənə formalaşıb. Bu ənənəni əvvəlcə Xalq yazıçısı Anarın təşəbbüsü ilə “Bayatı” kitab mağazası başladı. İndi isə sevindirici haldır ki, kitab evləri və imza günləri getdikcə artır. Emin Piri istedadlı şair, zəhmətsevər, bacarıqlı gəncdir. Bir müddətdir ki, o, həm də Siyəzəndə müəllim kimi fəaliyyət göstərir. Belə savadlı, istedadlı gənc yazarların həm də müəllim kimi çalışması cəmiyyətimizə, gələcəyimizə bir töhfədir. Mən hər iki fəaliyyətində Emin Piriyə uğurlar arzulayıram”.

Qonaqlara öz təşəkkürünü bildirən müəllif kitabda yer alan şeirlər haqqında tədbir iştirakçılarına məlumat verib: 

“Sağ qalan varmı?!” kitabında yer alan 64 şeir əsasən, dörd bölməyə bölünüb. Əksər şeirlərin mövzusunu müharibə, savaş, sevgi təşkil edir. Biz bu kitabla yeni bir seriyanı başlatmaq fikrindəyik. Bildiyiniz kimi, AYB-də artıq III Gənc Ədiblər Məktəbi fəaliyyətə başlayıb. Biz “Ədiblər” layihəsi ilə Gənc Ədiblər Məktəbi məzunlarının kitablarını çap etdirib, imza günlərini təşkil etmək fikrindəyik”.

Sonra müəllif yeni kitaba daxil edilmiş şeirlərindən bir neçəsini səsləndirib.

Şahanə MÜŞFİQ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə